Background Image
Previous Page  91 / 324 Next Page
Information
Show Menu
Previous Page 91 / 324 Next Page
Page Background

87

idi, çünki ermənilər və ruslar əvvəlcədən çıxıb getmişdilər”; “O, (Gelovani)

bütün evləri və qapıları gəzdi, və rusları və erməniləri toplayaraq, onları

özü ilə apardı”; “...Şəhərdə olan bütün erməni və rusları topladılar və on-

larla birlikdə Xaçmaza tərəf getdilər”; “Bolşeviklər... gedərkən, şəhərdə olan

bütün xristianları özləri ilə apardılar...” və s. (269)

Gelovani özü də təsdiq etdirdi ki, onun dəstəsi ləzgilərin təzyiqi

qarşısında çıxıb gedərkən, “əksəriyyəti ermənilər olan Qubanın xris-

tian əhalisinin hamısı” onlarla birlikdə çıxıb getdi, lakin, onları “poruçik

Ağacanyan toplamışdı”. (270) Dinc xristian, o cümlədən rus əhalisinin “şəhərin

bombalanması və yandırılması hədələri altında” şəhərdən zorla çıxarılmasını

Quba qəzasının baytar həkimi О.О.Qank da təsdiq edirdi. (271)

Quba qəzasının kəndlərdəki rus əhalisinin müsəlman qırğınlarında

iştirakı haqqında hər hansı bir məlumat yoxdur, həmçinin, yuxarıda deyildiyi

kimi, qəzanın rus kəndləri erməni zorakılığına məruz qalmamışdılar.

Qubanın yəhudi əhalisi ilə bağlı vəziyyət isə daha fərqli və daha

mürəkkəb idi.

* * *

1918-ci ilin aprel-may aylarında baş vermiş Quba faciələrində istər

gəlmə, istərsə də yerli yəhudilərin iştirakı, habelə həmin dövr Quba qəzasının

yəhudi əhalisinin taleyi məsələsi, baş vermiş hadisələrin mümkün qədər

dolğun mənzərəsini yaratmaq və tarixi gerçəklikləri aşkar etmək baxımından

çox böyük əhəmiyyət kəsb edir. Sənədlərdən göründüyü kimi, qubalılar öz

şahid ifadələrində yəhudiləri bolşevik və ermənilərin ümumi komandasından

ayrılıqda qeyd edirlər. Məsələn, bolşeviklərin Xaçmaz stansiyasında duran ilk

dəstələrində yəhudilər də var idi, və onlardan ikisi Gelovani və M.C.Bağırovla

birlikdə qubalılarla danışıqlar aparmışdı. (272) Lakin, artıq yuxarıda deyil-

diyi kimi, gəlmə yəhudilər Qubada peyda olmazdan əvvəl qubalılar öz

nümayəndələrini – “müstəntiq Manuylovu, yəhudi Nuvax Ağababayevi və

Şükür Babayevi bolşeviklərin hansı məqsədlə Qubaya gəlməyə hazırlaş-

dıqlarını öyrənmək üçün” Xaçmaz stansiyasına göndərmişdilər. (273) Bu

fakt şəhər əhalisinin əsas cəmiyyətlərindən hər üçünün – müsəlman, rus və

yəhudi – Quba şəhərinin yaxınlığında silahlı dəstələrin görünməsindən eyni

dərəcədə narahat olduğunu göstərirdi. Lakin Gelovani, qubalıları bolşevik

hakimiyyətini qəbul etməyə məcbur edərək getdikdən və bir neçə gündən

sonra artıq 200 nəfərə yaxın əsgərdən ibarət dəstə ilə Qubaya qayıtdıqda,

“burada onlara 200 nəfərə yaxın yəhudi qoşulur”. (274) Gelovaninin dəstə-

sinin “guya şəhərə hücum etməyə gələn ləzgiləri qarşılamağa çıxmış 27

nəfər müsəlmanı öldürməklə özünü tanıtdığı” (275) kimi hadisə istisna ol-

maqla, Gelovaninin dövründə şəhərdə dinc əhaliyə qarşı yönəldilmiş heç bir

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi