Background Image
Previous Page  92 / 324 Next Page
Information
Show Menu
Previous Page 92 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

88

hadisənin baş vermədiyi nəzərə alınarsa, bu 200 nəfər yəhudinin fəaliyyəti,

o cümlədən onların 27 nəfərin öldürülməsi aksiyasında iştirakı haqda hər

hansı bir fakta təsadüf edilmir. 8-10 gündən sonra “ləzgilərin dəstəsi şəhərə

yaxınlaşdı və zorakı qoşunu qovmaq üçün şəhəri yəhudi qəsəbəsi tərəfdən

atəşə tutdu. Bolşeviklər pulemyotlardan atəşlə cavab verirdi. Atışma 3

gün davam etdi”. Ləzgilərin təzyiqi altında bolşeviklər şəhəri tərk etməyə

başladılar, və bir çox şahid ifadələrindən, o cümlədən Gelovaninin ifadəsindən

göründüyü kimi, zorlamı, və yaxud, “müstəntiqlər Manuylov və Esmandan

başqa, bütün rus məmurları, əczaçılar və bütün ermənilər könüllü olaraq

onlarla birlikdə çıxıb getdi... Dəstə, ləzgilərlə atışaraq geri çəkilirdi. Dəstənin

önündə bolşeviklər tərəfindən şəhərdən çıxarılmış ermənilər və ruslar gedir-

di. Onlardan M.Kasparov, erməni keşişi, rus keşişi, əczaçı Qolubçin, aksiz

məmuru Poloxnıy, həkim Mixels, meşəbəyi Abrasimov, erməni Aleksandr

Boqdanov, Duxan Poqosov öldürüldü”. (276) Əlbəttə ki, bu, atışma zamanı

ölənlərin tam siyahısı deyildi və şəhər rəisi Ə.b.Əlibəyov bu döyüşlər zamanı

ən azı 70 dinc sakinin öldüyünü qeyd edirdi. Onların arasında yəhudilər ola

bilərdimi? Şübhəsiz ki, ola bilərdi və var idi. Həm də bu artıq Əlibəyovun

yuxarıda çəkdiyi adlardan məlum olur. Həmçinin məlumdur ki, Gelovani ilə

birlikdə bir neçə Quba yəhudisi də çıxıb getmişdir.

İki həftə sonra Amazaspın 3 minlik dəstəsi Qubaya girir və şəhərdə

qətllər və qarətlər başlanır. Yəhudilər özlərini necə aparırlar? “Mən eşitmişəm

ki, Quba yəhudiləri ermənilərə evlər göstərir, ermənilər də onları yandırırdılar”;

“Ermənilərin sözlərinə görə onların dəstəsində üç min nəfərə yaxın adam var

idi. Dəstə yalnız ermənilərdən ibarət idi. Deyirdilər ki, dəstədə həmçinin yerli

və gəlmə yəhudilər də vardı, amma mən onları görməmişəm”. (277)

Quba kəndlərinin bəzi sakinləri də müsəlmanlara qarşı zorakılıq

əməllərində yəhudilərin iştirakı haqqında ancaq eşitdiklərini söyləyirlər:

“Biz bolşevikləri görməmişik, amma görənlər danışırdılar ki, onlar yalnız

erməni və yəhudilərdən və bir neçə nəfər rusdan ibarət idilər, kəndləri an-

caq ermənilər yandırırdılar”; “Mən dəstəni yaxın məsafədən görməmişəm

və orada olanlardan heç kimi tanımadım, ad da çəkə bilmərəm. Dəstədə

ermənilərdən başqa rus və yəhudilərin də olduğunu deyə bilmərəm”. (278)

Lakin, Nügədi cəmiyyətinin starşinası Rüstəm Fileydan oğlu artıq

birmənalı şəkildə təsdiq edir ki: “Quba şəhəri talan edildikdən sonra bizim

kəndə erməni və yəhudilərin piyada və atlı dəstəsi gəldi. Onlar sakinləri

qarət etməyə başladılar və qarət etdiklərini furqonlara doldurub apardılar.

Müqavimət göstərənləri ölümlə hədələyirdilər...”. (279) Alpan cəmiyyətin-

dən Digah kəndinin 60 yaşlı sakini Ömər Şıx Kərim oğlu hətta onların

adlarını çəkir: “... ermənilər Quba şəhərini ikinci dəfə talan edərkən, oradan

bizə əksəriyyəti erməni və yəhudilərdən ibarət olan böyük bir qoşun dəstəsi

gəlmişdi. Biz hamımız qaçıb dağılışdıq, yalnız üç qoca və iki qarı qaldı ki,