89
onları da öldürdülər. Erməni və yəhudilər bizim kəndimizi darmadağın
etdilər: 2-3 evdən başqa bütün evlərə od vurdular, kənddə ümumilikdə
84 ev vardı, məscidi və Quranı da yandırdılar... Bizim kəndimizi ermənilər
iki dəfə talan etmişdilər: birinci dəfə Qusara gedərkən, ikinci dəfə isə geri
qayıdarkən. Mən bu dəstədə çoxlu Quba yəhudilərini, məsələn, Daniil Yov
oğlunu və yalnız üzdən tanıdığım başqalarını gördüm...”. (280)
Quba şəhər rəisi Ə.b.Əlibəyov də yəhudilərin qarətlərdə və
müsəlmanlara qarşı zorakılıqlarda iştirakını birmənalı olaraq təsdiq edirdi:
“Ermənilərlə yanaşı olaraq dəstədə olan ruslar və yəhudilər də göstərilən
azğınlıqları törədirdilər”. (281)
Sənədlərdən götürülmüş bu parçalardan nə nəticə çıxarmaq olardı?
Əlbəttə ki, Qubanın yəhudi əhalisi Şamaxı malakanları kimi, özlərinin
müsəlman həmyerlilərinə qarşı çıxış etməmişlər, bununla belə Qubanın
yəhudi cəmiyyətinin bəzi nümayəndələrinin ermənilərlə birlikdə Quba
qəzasının müsəlman əhalisinə qarşı zorakılıq aktlarında iştirak etdikləri
qubalıların şahid ifadələri ilə təsdiq edilir.
Qubada həmin günlər baş vermiş hadisələr haqqında daha geniş və
həqiqətəuyğun təsəvvür yaradan Əli Abbas bəy Əlibəyovun şəhadətində
Quba yəhudilərinin taleyi ilə bağlı çox mühüm bir məlumat verilir və şəhərin
çoxsaylı yəhudi cəmiyyətinin Amazaspın Qubadan çıxıb getdiyi ərəfədə
özləri üçün, mümkündür ki, o qədər də düzgün olmayan bir qərar qəbul et-
diyi aydınlaşır: “9-cu gün, mən öldürülmüş insanların cəsədlərinin torpağa
tapşırılmasına icazə verilməsi xahişi ilə Amazaspın yanında olanda, o mənim
yanımda aşağıdakı sözlərlə yəhudilərə müraciət etdi: “Bir saat sonra və ya bu
gecə sizin başınıza bəlalar gələcək, çünki müsəlmanlar və ləzgilər sizə hücum
edəcək və sizi doğrayacaqlar”. Yəhudilərin arasında çaxnaşma düşdü və on-
lardan 6 min nəfərə qədəri şəhəri tərk etdi və ermənilərlə çıxıb getdi”. (282)
Ə.b.Əlibəyov tərəfindən verilən bu şəhadət 1918-ci il mayın 16-da Xaç-
maz stansiyasından Dərbənd istiqamətində yola çıxmış qırmızı batalyonların
ümumi dəstə komissarı Kasradzenin məruzəsindəki məlumatla təsdiq olunar:
“Biz Xaçmazdan geri çəkilərkən yəhudi kütlələrinin qorxu içərisində Qubadan
və digər kəndlərdən qaçdığının şahidi olduq. Onlar ayaqyalın, əldən düşmüş
vəziyyətdə, açıq səma altında, palçıq içində sığınacaq taparaq istər-istəməz
yatalaq, çiçək və digər xəstəliklərin epidemiya ocağına çevrilmişdilər”. (283)
Həqiqətən Qubanın yəhudi əhalisini “müsəlman və ləzgilər” tərəfindən
təhlükə gözləyirdi? Qubanın və qəzanın müsəlman əhalisinin Quba hadisə-
lərindən əvvəl, həmin dövrdə, və ya sonra yəhudilərə qarşı yönələn hər
hansı niyyətləri ilə bağlı nəinki sənəd, hətta işarə belə yox idi. 1917-ci ilin
payızından başlayaraq Ə.b.Zizikskinin hərbi birləşmələrinin qəzanın bütün
əhalisini qorxuda saxlayan quldur dəstələrinə qarşı apardıqları əməliyyatları,
bu dəstələrdə cəbhədən qayıtmış yəhudilər və ya ermənilər də olduğuna
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




