Background Image
Previous Page  94 / 324 Next Page
Information
Show Menu
Previous Page 94 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

90

görə, qətiyyən qəzanın yəhudi, yaxud erməni əhalisinə qarşı çıxışlar kimi

səciyyələndirməkolmazdı, çünki həminəməliyyatlar eyni dərəcədəmüsəlman

quldurlara qarşı da aparılırdı. Əslində isə həmin quldur dəstələrinin bir çoxu

öz tərkibinə görə beynəlmiləl idi və bu məqam M.C.Bağırovla bağlı yuxarıda

gətirilən sənədlərlə də təsdiq olunur.

Nəzərə almaq lazımdır ki, Amazaspın dəstəsi getdikdən sonra Quba-

da və ümumən qəzada yenidən, bu dəfə “gürcü” çaları ilə - Caparidzenin

göndərdiyi gürcü zabitləri tərəfindən Sovet hakimiyyəti bərpa edilmişdi və

həmin dövrdə hər hansı etnik zəmində qarşıdurmalar, xüsusən də yəhudilərə

qarşı hər hansı qiyam baş verməmişdi. 1918-ci il iyul ayının sonunda

bolşevik hakimiyyəti yıxıldıqdan sonra, yeni hakimiyyət şəhərin əsasən rus

və yəhudilərdən ibarət olan hakim strukturlarının nümayəndələri ilə birlikdə

qəzada ümumi vəziyyətə nəzarət etməkdə davam edən Əli bəy Zizikski,

Həmdulla Əfəndi, Möhübəli Əfəndi və digər nüfuzlu müsəlman xadimləri

ilə də razılığa gələ bilir. Qubada sakitlik və sabitlik Azərbaycan Demokratik

Respublikasının hakimiyyəti qurulduqdan sonra da davam edir.

1918-ci ilin dekabrında A.F.Novatskinin rəhbərlik etdiyi FTK istintaq

qrupu Quba şəhərində işə başlayır və həm hakimiyyət strukturlarına, həm də

əhaliyə müraciət edərək erməni quldur dəstələri tərəfindən Quba şəhəri və

qəzasının dinc əhalisinə qarşı edilmiş zorakılıq halları haqqında onlara məlum

olan faktları Komissiyaya bildirməyi xahiş edir. Sənədlərdən göründüyü

kimi, Komissiya yalnız müsəlmanları deyil, digər xalqların nümayəndələrini

də - “müsəlman əhalisinə qarşı heç bir zorakılıq törətməmiş, və erməni

quldur dəstələrinin Quba şəhərinə basqını, onu talan etməsi və bu şəhərin

müsəlman əhalisi üzərində zorakılıqlar törətməsi haqqında məlumat verə

biləcək” – sakinləri, o cümlədən şahid qismində dindirmək fikrində idi. (284)

Nümunə üçün göstərmək olar ki, Bakıda mart hadisələri zamanı zərərçəkmiş

qismində FTK-ya digər millətlərdən yalnız ruslar, yəhudilər, polyaklar, gürcülər

deyil, hətta ermənilər də müraciət edirdi və Komissiya üzvləri müsəlmanlarla

birlikdə onların da bütün şəhadətlərini sənədləşdirirdilər. (285) Lakin, FTK-nın

sənədlərindən göründüyü kimi, istintaq qrupunun Qubada olduğu bütün

müddət ərzində Qubada yaşayan, və ya artıq Qubaya və yaxud öz kəndlərinə

qayıtmış yəhudi əhalisindən heç kim özlərinə qarşı hər hansı zorakılıq

halı, yaxud dəymiş zərər haqqında Komissiyaya heç bir ərizə ilə müraciət

etməmişdi. İstintaq işində “erməni quldur dəstələrinin şəhərə basqını zamanı

yaralanmış və şikəst edilmiş şəxslər” haqqında yalnız bir sənəd - Quba şəhəri

2-ci hissəsinin pristavı Məmmədbəyov tərəfindən təqdim edilmiş və 6 nəfər

Quba yəhudisinin: Avraam Avşalumovun, Nuri Raxamilin, Rafael İsrail Nafşalın,

Qurşum Peaxın, Zaxarya Nisimin, Şulum İsxayın adlarının sadalandığı bir siyahı

var idi. Lakin həmin şəxslərin hansı şəraitdə, nə zaman və kim tərəfindən

yaralandığı və ya şikəst edildiyi göstərilmirdi”. (286)