Background Image
Previous Page  95 / 324 Next Page
Information
Show Menu
Previous Page 95 / 324 Next Page
Page Background

91

Beləliklə, FTK-nın sənədlərindən irəli gələrək, yuxarıda göstərilən

bütün halları, habelə ayrı-ayrı Quba yəhudilərinin ermənilərlə əməkdaşlığı

faktlarını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, Quba qırğınları zamanı

müsəlmanlardan fərqli olaraq, yəhudilər bilavasitə qırğın obyekti olmamışlar

və ola da bilməzdilər. Onlar nə erməni quldur dəstələri tərəfindən, nə də

müsəlman və ləzgilərə qarşı görünməz vəhşiliklər törətmiş Amazaspın

həyasızcasına qorxutduğu kimi, “müsəlman və ləzgilər” tərəfindən, zorakılığa

məruz qalmamışlar. Burada bir məqam da nəzərə alınmalıdır ki, bolşeviklərin,

o cümlədən Bakı Soveti Komissarları arasında yəhudilər az deyildi və yəhudi

əhalisinə qarşı hər hansı zorakılıq əməlləri ermənilərə bağışlanmazdı. Quba

hadisələri zamanın şəhərin yəhudi əhalisi də itkilər vermişdi. İstər Gelo-

vaninin dəstələri şəhərdən geri çəkilərkən, istərsə də Amazaspın quldur

birləşmələrinin üç tərəfdən şəhərin top atəşinə tutulması ilə müşayiət olu-

nan Qubaya hücumu zamanı yəhudi əhalisinin də ayrı-ayrı nümayəndələri

həlak olmuşdu. Yəhudilərin Qubadan kütləvi surətdə qaçmasını isə, yəqin ki,

yaşadıqları yerlərdə baş verən bütün qiyam və iğtişaşlar zamanı bir qayda

olaraq günahsız qurbana çevrilən yəhudi xalqının qəlbində onilliklər boyu

kök salmış qorxu hissi ilə izah etmək olardı.

Bu baxımdan təkcə Qubada baş vermiş məlum hadisələr zamanı

həlak olmuş yəhudilər deyil, qırmızı komissar Kasradzenin təsvir etdiyi kimi,

sərgərdanlıq zamanı xəstəlikdən, aclıqdan və əziyyətdən ölmüş yüzlərlə digər

yəhudi qubalılar da öz həmyerliləri – müsəlman qubalılar kimi ermənilərin

təcavüzkar millətçilik siyasətinin qurbanları sayılırlar.

* * *

Amazaspın erməni dəstələri Qubadan çıxıb getdikdən sonra şəhər

daha böyük təhlükə ilə – xəstəliklər və epidemiyanın başlanması ilə üzləşdi.

Şəhərin küçə və məhəllələri, evləri və həyətləri eybəcər hala salınmış və

doğranmış minlərlə kişi, qadın və uşaq cəsədləri ilə – Amazaspın dəstələrinin

hücumunun həm ilk, həm də sonrakı günlərdə öldürülmüş və ölümün

haqladığı yerdə də qalan və çürüməyə başlayan meyitlərlə dolu idi.

Artıq yuxarıda qeyd edildiyi kimi, şəhər rəisi Ə.b.Əlibəyovun qətlə

yetirilənlərin meyitlərinin dəfn edilməsinə icazə ilə bağlı bütün müraciət-

lərinə Amazasp rədd cavabı verirdi. Meyitin uzun müddət torpağa

tapşırılmaması müsəlmanlıqda günah sayıldığından, ola bilsin ki, “qisas al-

maq üçün göndərilmiş” “erməni xalqının qəhrəmanı” müsəlmanları bu yolla

da “cəzalandırmaqdan” xüsusi zövq alırdı. (287)

Qubalıların verdikləri ayrı-ayrı ifadələrdən görünür ki, ermənilər

tərəfindən qətlə yetirilmiş şəhər sakinlərini qırğınların yalnız dördüncü günü

dəfn etməyə başlayırlar: “meyitlər dörd gün küçələrdə, evlərdə və həyətlərdə

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi